Bakıda iri su borusu partlayıb

Bakıda iri su borusu partlayıb
  26 Fevral 2014    Oxunub:1476
"Elmlər Akademiyası" metro stansiyasının çıxışında, Hüseyn Cavid prospektindən keçən su borusu partlayıb. AzVision.az APA- ya istinadən xəbər verir ki, borunun partlaması nəticəsində sözügedən küçəni su basıb. Yolun ortasında açılmış çuxur nəqliyyatın hərəkətini iflic edib. Hadisə yerinə “Azərsu”nun Qəza Xidmətinin və Yasamal Su Kanal İdarəsinin əməkdaşları cəlb olunub.

Yasamal Su Kanal İdarəsinin Su Şəbəkələrinin İstismarı şöbəsinin əməkdaşı Saqət İbrahimovun APA-ya verdiyi məlumata görə, Hüseyn Cavid prospektindən keçən 100 mm su borusu partlayıb. Nəticədə ətraf binalara suyun verilməsində fasilə yaranıb. Qəzaya səbəb kimi su borularının istismar müddətinin başa vurması göstərilir. S.İbrahimovun sözlərinə görə, Hüseyn Cavid prospekti ilə bərabər Bəxtiyar Vahabzadə küçəsi 556 və 557-ci məhəllələrdə də istismar müddəti bitmiş su boruları yeniləri ilə əvəzlənəcək.

Qeyd edək ki, su borusunun partlaması nəticəsində yola da ciddi ziyan dəyib. Dağılan 11 kvadrat metr asfalt örtüyü “Azəryolservis”in Yolların Mühafizə Xidmətinin əməkdaşları tərəfindən təmir olunub.


Teqlər:





Xəbər lenti