Bolqarıstanin qəzetləri Xocalı faciəsini yazdi

Bolqarıstanin qəzetləri Xocalı faciəsini yazdi
  27 Fevral 2014    Oxunub:1147
Bolqarıstanın “Standart” və “24 çaşa” qəzetləri Xocalı
faciəsindən yazır .
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Bolqarıstanın “Standart” qəzetində jurnalist Lyubomir Mixaylovun “Xocalı soyqırımı - XX əsrin faciəsi” sərlövhəli məqaləsi dərc olunub.

Məqalə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun ölkənin aparıcı media qurumlarının nümayəndələri ilə görüşündə respublikamız haqqında verdiyi məlumatlar əsasında yazılıb.

Yazıda Azərbaycanın son on ildə sürətlə inkişaf etdiyi bildirib, ölkənin iqtisadiyyatının üç dəfə artdığı vurğulanmışdır. Müəllif Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.Bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayaraq 20 ildən artıqdır işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkmir. Məqalədə Xocalı faciəsi haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərində törətdikləri qətliam nəticəsində bir gecədə 613 nəfər qətlə yetirilib. Onlardan 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olub..
“24 çasa” qəzetində isə “Dünya azərbaycanlıları Xocalı faciəsinin qurbanlarını yad edir” sərlövhəli məqalə dərc olunub. Məqalədə bildirilir ki, bu günlərdə ayrı-ayrı ölkələrdə Xocalı faciəsinin 22-ci ildönümünü qeyd edilir. Diqqətə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal ediblər. Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edilmiş, dinc əhaliyə amansızlıqla divan tutulub. Qətliam nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Soyuq fevral axşamı insanlar öz evlərini tərk edərək meşələrdə qalmağa məcbur olublar. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş ən böyük kütləvi qırğındır.
Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə görülən işlərdən də bəhs edilir.




Teqlər:  





Xəbər lenti