Dövlət qurumlarının informasiya açıqlığı müzakirə olunacaq

Dövlət qurumlarının informasiya açıqlığı müzakirə olunacaq
  28 Fevral 2014    Oxunub:1150
Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq. Həmçinin dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.

Hesabat son 6 ay ərzində 75 mərkəzi icra hakimiyyəti orqanı və 66 yerli icra hakimiyyətinin onlayn şəffaflıq vəziyyətini əks etdirir.
Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.

Dəyirmi Masada həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı təqdim olunacaq. Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.

Dəyirmi Masa 04 mart 2014 - cü il tarixdə, saat 11.00-da, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək


Teqlər:





Xəbər lenti