İslam dünyası: problemlər və həllər

İslam dünyası: problemlər və həllər
  03 Mart 2014    Oxunub:1274
Qafqaz Müsəlmanları İdarəsinin sədri “İslam dünyası: problemlər və həllər” konfransında geniş məruzə ilə çıxış edib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki,martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Aləmi Liqasının “İslam dünyası: problemlər və həllər” konfransında “İslam həmrəyliyi-günün aktual məsələsi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildiriblər ki, tədbirdə şeyxülislam Allahşükür Paşazadə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və səmimi arzularını İki Müqəddəs Ocağın Xadimi Kral Abdullah bin Əbdüləziz Al Səuda, eləcə də konfransın iştirakçılarına və qardaş Səudiyyə Ərəbistanı xalqına çatdırıb.

QMİ-nin sədri öz adından və Qafqaz regionunun bütün müsəlmanları adından konfransa rəhbərlik edən İslam Aləmi Liqasının baş katibi Abdulla ət-Türkini də salamlayıb.

İslam dünyasının üzləşdiyi təhlükəli problemləri nəzərə alaraq, belə bir konfransın keçirilməsinin və mövzusunun islam birliyi və həmrəyliyi məsələsində çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən Allahşükür Paşazadə vurğulayıb ki, bu mötəbər tədbirə qatılmış din xadimləri və alimlər indiki çətin məqamda müsəlman ölkələri arasında birlik və həmrəyliyin qorunub-saxlanması və gücləndirilməsi ilə bağlı öz dəyərli fikirlərini bölüşəcəklər.

Natiq, həmçinin Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, habelə ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində soyqırımı törədildiyini də diqqətə çatdırıb. Səudiyyə Ərəbistanı da daxil olmaqla bir çox islam dövlətləri və təşkilatlarının ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini dəstəklədiklərini və bu məsələdə onların Azərbaycan ilə həmrəy olduqlarını qeyd edərək, azərbaycanlı müsəlmanların bu dəstəyə görə qardaş islam ölkələrinə dərin təşəkkürünü çatdırıb.

QMİ-nin sədri ölkəmizdə məzhəb və təriqətlər arasında sıx münasibətlər və qarşılıqlı hörmətin mövcud olduğunu bildirərək bu ənənənin digər islam ölkələrində də olmasını arzulayıb.


Teqlər:  





Xəbər lenti