Ağsu-Şamaxı yolunda torpaq sürüşməsi qeydı alındı

Ağsu-Şamaxı yolunda torpaq sürüşməsi qeydı alındı
  08 Mart 2014    Oxunub:1401
Ağsu-Şamaxı yolunda böyük təhlükə: torpaq sürüşdü.
Uçqun və topaq sürüşməsi xəbəri yenə də Ağsudan gəldi. Bu dəfəki sürüşmə də Ağsu-Şamaxı yolunda olub. 3 gündür ki əraziyə yağan intensiv yağışlar səhər torpaq sürüşməsi gətirib çıxarıb.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, Ağsudan Şamaxı istiqamətində hərəkət edərkən yol kənarına böyük dayaq hasarları qoyulub. Ərazidə mövcud olan sürüşmə zolaqları son 2 gündə daha da güclənib və böyük uçqunlara yol açıb. Yol kənarı daş qoruyucular isə artıq uçquna tab gətirmir.

Sürüşmələr bu cür davam edərsə, magistral yol bağlana bilər. Qeyd edək ki, yolun Şərədil kəndi yaxınlığındakı əraziləri də uçqun vurub. Yolda təmir işləri aparıldığından ərazi qırmızı lentlə əhatəyə alınıb. Bu uçqunla əlaqədar sürücülər əks istiqamətdə hərəkət edən avtomabil yolundan istifadə edirlər. Xatırladaq ki, sürüşmənin məruz qaldığı ərazi 12 saylı yol istismar idarəsi tərfindən nəzarətə götürülüb.


Teqlər:  





Xəbər lenti