ASAN məhkum qadınlara xidmət göstərdi

ASAN məhkum qadınlara xidmət göstərdi
  08 Mart 2014    Oxunub:1140
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkumlara ilk dəfə şəxsiyyət vəsiqəsinin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, bu tədbirlər davam etdiriləcək və bütün məhkumlar şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqlar.

Penitensiar Xidmətin rəisi bu işin təşkilinə görə “ASAN xidmət”in və Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.

Daha sonra tədbirdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar. Onlar qadın məhkumları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

Tədbirin sonunda 66 qadın məhkuma şəxsiyyət vəsiqəsi təqdim olunub.


Teqlər:  





Xəbər lenti