Evdən 1 kiloqramdan çox qızıl oğurlandı

Evdən 1 kiloqramdan çox qızıl oğurlandı
  09 Mart 2014    Oxunub:1001
Azərbaycanda evdən 1 kiloqramdan çox qızıl oğurladılar.
Şamaxıda oğurluq hadisəsi baş verib. AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, günorta çağı evə girən oğru bir kilaqram qızıl götürüb aradan çıxıb.

Şəhərin Xətayi küçəsi ev 42-yə ötən gün basqın olnub. Ev sahibinin evdə olmadığını görən şəxs və yaxud şəxslər evə girmək üçün müxtəlif üsullara əl atıblar. İlk öncə dəmir alətlə qapını qırmağa çalışıblar. Qapının qırılmadığını görüb pəncərədən içəri daxil olublar.

4 otaqlı evə girən naməlum şəxs və ya şəxslər yalnız bir otaqda axtarış aparıblar. Ev sahibi Nəbi Əzizovun sözlərinə görə, çamadanda olan ümumi miqdarı 1 kq-dan çox olan qızlı ziynət əşyalarını gütürüblər. Ev sahibi qonşularından şübhələnir. Qonşular isə bu iddia ilə razı deyillər. Şamaxı polisi oğurluq hadisəni törədən şəxs və yaxud şəxləri araşdırır. Faktla bağlı Şamaxı RPŞ – nin TİB cinayət işi açılıb istintaq aparılır.


Teqlər:





Xəbər lenti