Cəbhəyanı bölgələr daha bir parazitlə üz-üzə- VİDEO

Cəbhəyanı bölgələr daha bir parazitlə üz-üzə- VİDEO
  14 Mart 2014    Oxunub:1424
Cəbhəyanı ərazilərdə siçanların sayı çoxalıb. Lakin, Respublika bitki mühafizə mərkəzindən verilən məlumata görə, mübarizə aparılan sahələrdə gəmiricilər tamamilə məhv edilib.

Aran Qarabağın cəbhəyanı ərazidə yerləşən əkin sahələrində siçanların sayı kütləvi şəkildə artıb. Ümumilikdə Haramı düzü adlanan ərazidə 65 min ha-dan çox taxıl əkilib. Fermerlər ötən ilin noyabr ayından siçanların artdığını müşahidə edib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, dərhal Kənd Təsərrüfatı nazirliyinə müraciət edilib. Tərtər, Ağdam, Beyləqan, Xocavənd və Füzuli rayonları monitorinq aparan Respublika bitki mühafizə mərkəzinin mütəxəssisləri, ümumilikdə 8 min ha sahədə siçanabənzər gəmiricilərin sayının iqtisadi ziyanvermə həddinə çatdığını müəyyən edib.

Bu hədd payızlıq buğda əkinlərində 50 işlək yuvanın yazlıq əkinlərdə isə 55 işlək yuvanın olması kimyəvi mübarizə tədbirlərinin başlaması üçün bir siqnaldır. Onu da qeyd edim ki, siçanabənzər gəmiricilər xüsusi təhlükəli gəmiricilərdir. Əlverişli şəraitdə 35 cütü bir ildə 100 minə qədər artıq və təsərrüfatlara külli miqdarda ziyan vurur.

İndiyə qədər 5 min ha sahədə kimyəvi mübarizə tədbirləri başa çatıb. Respublika bitki mühafizə mərkəzindən verilən məlumata görə, mübarizə aparılan sahələrdə gəmiricilər tamamilə məhv edilib və əkin sahələri üçün təhlükə yoxdur.

)


Teqlər:





Xəbər lenti