Əsir erməni: Çox darıxmışam

Əsir erməni: Çox darıxmışam
  14 Mart 2014    Oxunub:1344
Bakıda əsir olan ermənilərin ailələri sevindi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri bu gün Azərbaycanda əsir olan Ermənistan sakinləri Akop İnciqulyanın və Arsen Xocoyanın qohumlarına onların məktublarını çatdırıblar.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bir neçə gün qabaq Azərbaycan sərhədini keçən 23 yaşlı Arsen Xocoyanın anası Svetlana bildirib: «Biz bir az öncə Arsendən məktub aldıq. O yazır ki, bizi sevir və çox darıxıb».

Akop İnciqulyanın qardaşı Arutyun İnciqulyan isə qardaşından elə indilərdə məktub aldığını deyir: «O yazıb ki, biz bir qədər dözsək, hər şey yaxşı olacaq».

Ermənistan ordusunun əsgəri, 1991-cu ildə doğulmuş Akop İnciqulyan 2013-cü ilin avqust ayında Qarabağ tərəfdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini azaraq keçib və əsir düşüb.

Ermənistanın Tavuş vilayətinin (keçmiş Berd rayonunun) Verin Karmiraxbür kəndinin sakini, 23 yaşlı Arsen Xocayan isə Azərbaycan ərazisinə bu ilin mart ayında keçib.


Teqlər:





Xəbər lenti