`Avtovağzal` metrostansiyası mayda açılacaq

`Avtovağzal` metrostansiyası mayda açılacaq
  14 Mart 2014    Oxunub:1707
Bakı metropoliteninin yeni tikilən "Avtovağzal" stansiyasinda işlər yekunlaşmaq üzrədir. İşlərin böyük əksəriyyəti görülüb qurtarılıb. Stansiyanın may ayında açılacağı bildirilir.

7 giriş və çıxışdan ibarət "Avtovağzal" stansiyası ən böyük stansiya olacaq. Bu giriş və çıxışlar da müasir standartlara uyğun olaraq qurulub. AzVision.az musavat.com-a istinadən xəbər verir ki, artıq stansiyanın içərisində qatarların hərəkəti üçün relslər quraşdırılıb. Əvvəlki stansiyalardan fərqli olaraq "Avtovağzal" stansiyasında qatara 7 vaqon qoşulacaq. Bütün eskalatorlar hazır vəziyyətə gətirilib. Stansiya müasir işiqlandırma sistemi ilə tam təmin olunub. Döşəməyə mərmər düzülüb. Hazırda stansiyanın içərisində tavanın üstünə xüsusi bəzəyin vurulması işləri aparılır. Bircə stansiyanın çıxışında yaşıllıqların salınması və metronun çıxışının üst hissəsində şüşələrin vurulması işləri qalıb.

Sakinlər "Avtovağzal" stansiyasının istifadəyə verilməsini səbirsizliklə gözləyir.

Yeni stansiyanın tikilişi ilə əlaqədar yeni vaqonlar da gətiriləcək. Onların da "Avtovağzal" stansiyasının açılışı ilə əlaqədar istifadəyə veriləcəyi planlaşdırılır.


Teqlər:





Xəbər lenti