Azərbaycanda yenə zəlzələ oldu

Azərbaycanda yenə zəlzələ oldu
  15 Mart 2014    Oxunub:1548
Azərbaycanda növbəti dəfə zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, zəlzələ ilkin məlumatlara əsasən, yerli vaxtla saat 06:20:52-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ yaxin yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub.

Lənkəranla yanaşı Qubada da zəlzələ qeydə alınıb. İlkin məlumatlara əsasən yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ baş verib. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti