Novruz yarmarkaları fəaliyyətə başladı- VİDEO

Novruz yarmarkaları fəaliyyətə başladı- VİDEO
  16 Mart 2014    Oxunub:1150
Dəyişiklik ilk növbədə yarmarkaların ünvanlarının dəyişməsi və satışın qapalı məkanlarda təşkil olunması ilə bağlıdır. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, satıcılar üçün bu cür şəraitin yaradılması dövlət vəsaiti hesabına deyil, ayrı-ayrı sahibkarların maliyyə dəstəyi sayəsində mümkün olub.

Yarmarkaya üz tutan əhalini isə ən çox maraqlandıran məhsulların qiyməti idi. Onlar digər bazarlarla müqayisədə daha aşağı qiymətlər gözləsələr də çoxları məyus olmuşdular.

Alıcılar qiymətin bazarlardan fərqli olmadığını deyirlər

Hətta bir çox vətəndaşlar qiymətlərin yarmarka açılan zaman və kənd təsərrüfatı nazirinin burda olduğu müddətdə bir cür , onun gedişindən sonra isə başqa cür olduğunu dedilər.

Yarmarkalara bölgələrdən üz tutan fermerlər isə onlar üçün yaradılan şəraitdən razı görünürdülər.

Fermerlər yarmarkadan razı qaldıqlarını deyirlər

Yarmarkadakı vəziyyətlə tanış olan kənd təsərrüfatı naziri Heydər Əsədov isə bazarlarda rəqabət mühitinin yaradıldığını və süni qiymət artımının qarşısının alındığını dedi.

Kənd Təsərrüfatı naziri, Heydər Əsədov: “Kənd təsərrüfatı məhsullarının maya dəyərinin nəzərdə tutulduğundan və ya başa gəldiyindən aşağı salınması növbəti il üçün məhsuldarlığın aşağı düşməsi deməkdəir. Biz burda yalnız alıcının maraqlarını deyil, həm də istehsalçının maraqlarını müdafiə edib optimal bir nöqtə tapmalıyıq.”

Yarmarkalar 5 gün fəaliyyət göstərəcək. Bundan sonra da paytaxtda qapalı yarmarkalar fəaliyyət göstərəcək. Gələcəkdə bu qapalı yarmarkaların miqyasının təkcə Bakıda yox, digər şəhərlərdə də genişləndirilməsi nəzərdə tutulub.




Teqlər:





Xəbər lenti