Lənkəranda 3 aylıq körpəni küçəyə atdılar

Lənkəranda 3 aylıq körpəni küçəyə atdılar
  17 Mart 2014    Oxunub:1214
Körpə rayonun Səpnəkəran kəndi ərazisində sakinlərin biri tərəfindən aşkar edilib.
Lənkəranda küçəyə atılmış körpə tapılıb. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, 3 aylıq oğlan uşağı rayonun Səpnəkəran kəndi ərazisində sakinlərin biri tərəfindən aşkar edilib.

Körpə uşağın yanında ona aid paltar və əşyalar olub. Hadisə yerinə gələn polis və təcili yardım stansiyasının həkimləri körpəni Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparıb.

Xəstəxanadan verilən məlumata görə, körpənin səhhətində hər hansı bir problem yoxdur.

Hazırda polis körpənin valideynlərinin kimliyini araşdırır.


Teqlər:





Xəbər lenti