Küçəyə atılan uşağın VİDEO görüntüsü

Küçəyə atılan uşağın VİDEO görüntüsü
  17 Mart 2014    Oxunub:1252
Xəbər verdiyimiz kimi Lənkəranda küçəyə atılmış körpə uşaq tapılıb.Şükürlər olsun ki, vaxtında aşkarlanan uşağın sağlamlığında hər hansı bir problem yaranmayıb.
AzVision.az CTV-yə istinadən xəbər verir ki, Hadisə ötən gün saat 17-00 radələrində rayonun Səpnəkəran kəndi ərazisində baş verib. Adəti üzrə evlərindən babası gilə gedən Mirsalam, evə az qalmış, yaxınlıqda onu cəlb edən bağlama görüb. Bağlamaya baxan Mirsalam orada körpə uşağın olmasını görüb. Uşaq aşkarlanan ərazidə ona aid paltar və digər əşyalar da qoyulub. O, uşağı götürüb babasıgilə çatdırıb.Əraziyə dərhal polis əməkdaşları və təcili yardım stansiyasının həkim briqadası cəlb olunub. Uşağın sağlamlığı yoxlanılıb, ona yemək verilib.Uşağın sağlamlığını müayinə edən həkim, onun vəziyyətini qənaətbəxş hesab edib. Bildirib ki, körpə 2 yarım, 3 aylıq oğlan uşağıdır.

Bundan sonra körpə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə aparılıb. Xəstəxanada müvafiq tibbi müayinədən keçirilib və onun səhhətində hər hansı nasazlıq aşkarlanmayıb. Daha sonra körpə şəhərdəki uşaq xəstəxanasına təhvil verilib.Hazırda Lənkəran Şəhər – Rayon Polis Şöbəsində körpə oğlan uşağının “valideynlərinin” kimliyi istiqamətində araşdırma aparır. Uşağı küçəyə kim tərəfindən və nə məqsədlə atılması müəyyənləşdirilir.




Teqlər:





Xəbər lenti