Zorla ərə verildiyinə görə intihar etdi

Zorla ərə verildiyinə görə intihar etdi
  20 Mart 2014    Oxunub:1695
Gürcüstanın Telavi rayonunun Qaracala kəndində 16 yaşlı qız zorla ərə verildiyinə görə intihar edib.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Kaxetiya İnformasiya Mərkəzinin verdiyi məlumata görə yerli məktəbin direktorunun sözlərinə görə bu, qızların erkən yaşda zorla ərə verilməmələri üçün intihara əl atdığı ilk hadisə deyil.

Qaracala kəndinin səlahiyyətli nümayəndəsi Baholdin Seyidov bildirib ki, qız ərə getmək istəməyib və təhsilini davam etdirmək barədə düşünüb: "Qız ov tüfəngi ilə özünə qəsd edib".

Qızın qohumları hadisə ilə bağlı şərh verməkdən imtina edirlər və hər şeydə onun atasını günahlandırırlar.

İntiharın zorla ərə vermək üzündən baş verdiyini təsdiq edən məktəbin direktoru Elza Aşirova qeyd edib ki, atası onu zorla evləndirmək istəyib: "Bizim kəndlilər üçün vacib olan oğlan tərəfinin imkanlı ailədən olmasıdır. Qızların razılığı valideynlər üçün önəmli deyil. Bizim yerdə valideynlərin təkidi ilə qızlar kütləvi halda erkən yaşda ərə verilirlər. Bəzi hallarda bu, qızların intihar etməsi ilə nəticələnir".

Onun sözlərinə görə, bənzər hadisə 2013-cü ildə də olub: "10-cu sinifdə oxuyan qız özündən yaşca böyük kişiyə ərə getmək istəməyərək intihara əl atıb. 2012-ci ildə isə 8-ci sinif şagirdi dərman qəbul edərək özünə qəsd etmək istəmişdi. Onu çətinliklə xilas etmək mümkün oldu".


Teqlər:





Xəbər lenti