Azərbaycanda güclü partlayış olub

Azərbaycanda güclü partlayış olub
  21 Mart 2014    Oxunub:1120
Hadisə Xudat şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib.
Bu gün gündüz saatlarında Xaçmazın Xudat şəhərində güclü partlayış olub.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib. Küçədəki köhnə su arxının altından keçən köhnə qaz xətti yolun digər tərəfindəki 3 obyekti mavi yanacaqla təmin edirmiş.

Xaçmaz Qaz İstismar İdarəsinin rəis müavini Mənsum Novruzovun verdiyi məlumata görə, partlayış qaz sızmasından baş verib. Onun sözlərinə görə qaz sızmasına səbəb həmin xəttin korroziyaya uğramasıdır. Belə ki, obyektlərdən birində işçilər manqalda kabab bişirərkən köz qaz sızması olan yerə düşüb. Nəticədə yerin altında illərlə yığılıb qalmış qaz partlayışa səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə dərhal İcra başçısının müavinləri, Xudat qaz istismar idarəsinin rəsmiləri gəlib. Hazırda partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində iş gedir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti