Kafedə zəhərlənmə: iki nəfərin vəziyyəti ağırdır

Kafedə zəhərlənmə: iki nəfərin vəziyyəti ağırdır
  21 Mart 2014    Oxunub:1346
Ucar sakinləri kafedə zəhərləniblər.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Ucar rayonunun Gəraybəyli kənd sakini 37 yaşlı Pirqafari Azər Ələsgər oğlu, şəhərin Sadıq Qarayev küçəsi, ev 57 ünvanında yaşayan 37 yaşlı Məmmədov Cavid Sadiq oğlu və şəhərin Ş. Qurbanov küçəsində yaşayan 32 yaşlı Cəbrayılov Abbas Malik oğlu kafedə yeyib-içdikdən sonra vəziyyətləri kəskin pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, A. Cəbrayılovun vəziyyəti nisbətən yüngül olsa da, A. Pirqafari və C. Məmmədovun durumu ağırdır.

Xəstəxanadan o da bildirilib ki, hər 3 zərərçəkənə zəhərlənmə diaqnozu qoyulub.


Teqlər:





Xəbər lenti