Anbarda baş verən yanğının qarşısı alındı

Anbarda baş verən yanğının qarşısı alındı
  21 Mart 2014    Oxunub:1171
Nərimanov rayonunda anbarda qeydə alınan yanğının qarşısı vaxtında alınıb.

Nərimanov rayonunda ümumi sahəsi 1000 kvadratmetr olan anbarda yanğın qeydə alınıb.

Hadisə nəticəsində anbar 100 kvadratmetr sahədə və onun qarşısına yığılmış plastik borular isə 60 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülərək, anbarın qalan hissəsi yanğından mühafizə olunub və yanğının digər obyektlərə keçməsinin qaşısı alınıb.

Faktla əlaqədar hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti