İsraillilər Novruz bayramını qeyd edir

İsraillilər Novruz bayramını qeyd edir
  22 Mart 2014    Oxunub:1381
“İsrail-Azərbaycan” Assosiasiyasının (Azİz) yaradıldığı ilk gündən İsraildə Novruz bayramı qeyd olunur.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, “Azİz” Assosiasiyası rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və respublikanın bütün sakinlərinə ünvanlanan təbrik məktubunda deyilir: “Azərbaycandan olan insanlar bu gün harada yaşadıqlarından asılı olmayaraq, bu əziz bayramı unutmurlar. Bu gün biz uşaqlıqdan çox sevdiyimiz bu bayramı bütün qayda-qanunu ilə keçirə bilməsək də, ən azından bir yerə toplaşıb bir-birimizə təbəssüm, sevgi, məhəbbət bəxş edə bilirik, özümüzü uzaq Vətənimizin bir parçası kimi hiss edirik”.
Hər il İsraildə Novruz bayramı “Azİz” Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. O, Novruz ənənələrini həvəslə qoruyub saxlayır: hətta bayramda hər masanı bahar və ruzi-bərəkət rəmzi olan səməni ilə bəzəmək üçün qabaqcadan böyük qablarda buğda cücərdir, səməniləri qırmızı lentlə bağlayır.

Builki bayram təşkilatçıya asan başa gəlməmişdir. “Praqa” restoranına rekord sayda qonaq toplaşıb.

Bayramın mədəni tədbirləri çox diqqətlə düşünülmüşdü. Bütün mərasim boyu zalda Qafqaz musiqisi səsləndirildi və hətta “Ləzginka rəqsinin ən yaxşı ifaçısı” müsabiqəsi təşkil edildi.

Yeganə Salman bayramla bağlı öz ənənəvi folklor viktorinasını da keçirmişdir. Qaliblərə bakılı həmvətənləri Nobert Yevdayevin, Fərhad Ağamalıyevin və Mixail Salmanın kitabları hədiyyə edildi.

Bayram çox gözəl keçmişdir. İştirakçıların çoxunun İsraildə artıq 20-25 ildən artıq yaşadığına baxmayaraq, Novruz bayramı hələ də onlar üçün əziz bir bayramdır. Hamı ürəkdən inanırdı ki, onların həyatında ümid, xoşbəxtlik və uğurla dolu yeni, işıqlı bir dövr başlanır.


Teqlər:





Xəbər lenti