Ana özünü asan oğlunu xilas etdi

Ana özünü asan oğlunu xilas etdi
  23 Mart 2014    Oxunub:3096
Ağcabədi rayonunda 15 yaşlı oğlan özünü asaraq intihara cəhd edib. AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Pərioğullar kəndində baş verib. Kənd sakini 15 yaşlı R.M yaşadığı evdə özünü asıb. Bir neçə dəqiqə sonra xırıltı səsi eşidən məktəblinin anası otağa daxil olub və özünü asan oğlunu görüb. Qadın dərhal bıçaqla kəndiri kəsib və oğluna yardım göstərib. Həyətdən R.M-in qardaşı və qonşular da haraya gəlib. Yeniyetmə avtomobil ilə Ağcabədi rayon Mərkəzi xəstəxanasına gətirilib.

Özünü asan oğlanın anası kəndiri kəsən kimi övladına süni nəfəs verib. Qadın yolda olarkən maşında da oğluna süni nəfəs verərək onun həyatda qalmasına kömək edib. Həkimlər bildiriblər ki, əgər R.M xstəxanaya bir neçə dəqiqə gec çatdırılsaydı və anası ona süni nəfəs verməsəydi yeniyetməni xilas etmək mümkün olmazdı.

Hazırda xəstəxanada olan 10-cu sinif şagirdinin vəziyyətim orta-ağırdır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda məktəblilərin intiharı halları xeyli artıb.


Teqlər:





Xəbər lenti