İspaniyanın ilk demokratik lideri öldü

İspaniyanın ilk demokratik lideri öldü
  24 Mart 2014    Oxunub:1123
İspaniyada diktator Franko rejimindən sonra Baş nazir olan və ölkənin demokratiyaya keçidində böyük rol oynayan Adolfo Suarez vəfat edib.
Madriddəki xəstəxanaların birində həkim nəzarəti altında olan Suarez bu gün həyatını itirib.

Keçmiş Baş nazirin oğlu Adolfo Suarez İllanda bir neçə gün əvvəl verdiyi açıqlamasında atasının 48 saat ömrünün qaldığını söyləmişdi.

Qeyd edək ki, Adolfo Suarez 1976-81-ci illərdə ölkənin Baş naziri olub.


Teqlər:  





Xəbər lenti