Londonda keçirilən Novruz festivalından FOTOLAR

Londonda keçirilən Novruz festivalından FOTOLAR
  24 Mart 2014    Oxunub:1338
Azərbaycan Londonda keçirilən xeyriyyə məqsədli Novruz Festivalında təmsil edildi.
Azərbaycan Londonda Mərkəzi Asiya və Qafqaz ölkələrini birləşdirən Novruz festivalında təmsil olunmuşdur. Festival Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sponsorluğu ilə təşkil edilmişdir. Ölkəmizi "University College London"da (UCL) fəaliyyət göstərən Azərbaycan cəmiyyəti təmsil edib. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən 1300-ə yaxın qonaq iştirak edib.

Festivalda təmsil olunan ölkələr-Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Rusiya Federasiyasının Tatarıstan Respublikası zəngin ənənələri və mədəniyyətlərini nümayiş etdirmişlər. Festival çərçivəsində, milli mətbəx nümunələri təqdim edilmiş, milli geyim və folklor nümayiş etdirilib.

Festivalın Azərbaycan üçün ayrılan stendində ölkəmizin tarixindən, mədəniyyət və incəsənətindən, Azərbaycan həqiqətlərindən bəhs edən müxtəlif adda nəşr olunmuş kitab və broşürlər, çay dəsgahı, musiqi alətləri, kiçik həcmli xalçalar, nərd, milli ornamentləri əks etdirən suvenirlər nümayiş etdirilib.

Satışlardan əldə ediən gəlirlər xeyriyyə məqsədi ilə istifadə ediləcək.

Qonaqlara, içərisində Xocalı faciəsi və ölkəmiz həqiqətlərindən bəhs edən jurnal və broşurlar olan çantalar hədiyyə edilib.

Azərbaycanlı skripkaçı Fidan Haciyeva, Babək Təbrizli Festival çərçivəsində musiqi proqramı ilə çıxış etmişlər. Azərbaycan xalq mahnıları - “Küçələrə su səpmişəm” və “Sevməmək olmaz” səsləndirilmişdir. Daha sonra Azərbaycanlı tələbələr "Yallı", "Uzundərə" rəqslərini məharətlə ifa ediblər.

Festivaldan sonra iştirakçı ölkələrdən rəsmi şəxslərin və diplomatik korpusun təmsilçilərinin iştirakı ilə konsert təşkil edilib.

Qalereya




Teqlər:





Xəbər lenti