Bakıda qolunda iynə izi olan meyit tapıldı- VİDEO

Bakıda qolunda iynə izi olan meyit tapıldı- VİDEO
  25 Mart 2014    Oxunub:1264
30-35 yaşlı olan kişinin meyitinin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda naməlum kişi meyiti tapılıb. Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsində tapılan meyiti ilk əvvəl sakinlər görüblər. Bundan sonra polisə verilən məlumat əsasında hadisə yerinə başda rayon Polis İdarəsinin rəhbərliyi olmaqla polislər və rayon prokururorluğunun əməkdaşları cəlb olunub. Ərazidə aparılan müayinə zamanı təxminən 30-35 yaşlı olan kişinin meyitinin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin qol nahiyəsində iynə yerlərinin olması onun yüksək dozalı narkotik vasitənin qəbulundan dünyasını dəyişməsi ehtimalını artırıb.

Digər ehtimala görə, o narkotiki kənar ərazidə damarına yeridib və hadisə yerinə çatdıqda isə halı pisləşərək yıxılıb.

Aparılan ilkin müayinələr bitdikdən sonra mərhumun meyiti daha geniş müayinə olunması üçün ekspertizaya aparılıb.
Faktla bağlı isə rayon prokurluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən şəxsin kimiliyini müəyyən etmək istiqamətində iş aparılır.




Teqlər:





Xəbər lenti