Bakıda iki qadını intihara aparan səbəblər araşdırılır

Bakıda iki qadını intihara aparan səbəblər araşdırılır
  25 Mart 2014    Oxunub:1316
AzVision.az xəbər verir ki, Hüquq mühafizə orqanlarından AzNews.az –a verilən məlumata görə, Binəqədi rayonu sakini 28 yaşlı Leyla Cəfərzadə və Sabunçu rayon Maştağa qəsəbə sakini İlahə Adilova intihar məqsədilə yüksək dozada dərman qəbul ediblər.

Hər iki qadının vəziyyəti ağır olduğundan yaxınları tərəfindən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilib.

Stansiyadan isə bildirilib ki, martın 24-də Cəfərzadə Leyla saat 21:39-da, Adilova İlahə iə bağlı 21:40-da çağırış olub.

Hər iki qadının vəziyyəti ağır olduğundan onlar, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Tokisikologiya bölməsinə yerləşdirilib.

Hər iki hadisə ilə bağlı polis araşdırma aparır.


Teqlər:





Xəbər lenti