Orxan Zeynalovun istintaqı yekunlaşdı

Orxan Zeynalovun istintaqı yekunlaşdı
  26 Mart 2014    Oxunub:950
Moskva müstəntiqləri paytaxt sakini Yeqor Şerbakovun ölümü ilə bağlı istintaq işini yekunlaşdırıb.

AzVision.az xəbər verir ki, Musavat.com-un ria-ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin rəsmi təmsilçisi Viktoriya Tsıplyonkova açıqlama verib.

“Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalova qarşı cinayət işinin təhqiqatı başa çatıb. Hazırda müttəhim və onun vəkili cinayət işinin materialları ilə tanış olmağa başlayıblar”, - deyə o bildirib.

Xatırladaq ki, sözügedən cinayət hadisəsi Rusiyada ksenofobiyanı gücləndirmişdi. Ələlxüsus Moskvada miqrantlara qarşı yerli hökumətin də körüklədiyi böyük basqı kampaniyası başlamış, 400 nəfər saxlanılmışdı.


Teqlər:





Xəbər lenti