Britaniyanı sarsıdan dəhşət

Britaniyanı sarsıdan dəhşət
  26 Mart 2014    Oxunub:1195
Böyük Britaniyada baş verən dəhşətli hadisə ölkəni ayağa qaldırıb.

AzVision.az xarici mətbuata istinadın verdiyi xəbərə görə,dəhşətli hadisədə 2 ildə 15 min 500 ölü doğulan körpənin cəsədi və abort olunmuş döllər xəstəxanalarda enerji ehtiyacını qarşılamaq üçün yandırılıb.

Hadisəni “Channel 4” kanalında yayımlanan “Dispatches” proqramı gündəmə gətirib. Proqramda son iki ildə 15 min 500 dölün 27 xəstəxana tərəfindən yandırıldığı bildirildi. Addenbrooke xəstəxanasında 797, İpswich xəstəxanasında isə təxminən 1101 döl enerji mərkəzlərində yandırılıb.

Abortla alınan ya da ölü doğan körpələrin yandırılma səbəbinin isə enerji ehtiyacı olduğu iddia edildi.Valideynlərə Faşist dövrünü xatırladan hadisə ilə bağlı öncədən məlumat verilməməsi isə məsələni daha da qəlizləşdirib.

İngiltərəni bir-birinə qatan iddialardan sonra Səhiyyə Nazirliyi əsas hədəf mərkəzinə çevrilib. Hadisəyə opertiv reaksiya verən nazir Dan Poulter “Bu əsla qəbul edilə bilməz. Bunun dərhal sona çatması üçün təlimat vermişəm” - deyib.



Teqlər:  





Xəbər lenti