Türkiyə Şamaxı qətliamını unutmadı

Türkiyə Şamaxı qətliamını unutmadı
  30 Mart 2014    Oxunub:1217
Türkiyə mətbuatı erməni silahlı dəstələrinin 1918-ci ildə Azərbaycanda 100 min türkü vəhşicəsinə öldürdüyündən yazıb
AzVision.az yerli mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə mətbuatı ermənilərin 1918-ci ildə Şamaxıda qətliam törətmələrindən yazıb.Türkiyə mətbuatında erməni silahlı dəstələrinin 1918-ci ildə Azərbaycan torpaqlarında 100 min türkü vəhşicəsinə öldürdüyü qeyd edilib.

Sözügedən xəbəri sizə təqdim edirik: "Erməni silahlı dəstələri 1918-ci ildə Azərbaycan torpaqlarında 100 minə yaxın türkü öldürüb. Erməni vəhşiliyinin ən dərindən yaşandığı yerlərdən biri də Şamaxı idi. Strateji baxımdan əhəmiyyətli bir nöqtədə olan Şamaxı, Bakıya 110 kilometr məsafədə yerləşir. Bu şəhərdə 96 il əvvəl ermənilər 8 min günahsız azərbaycanlını qətlə yetirib.

Ermənilər Şamaxıda 86 kənddə qırğın reallaşdırıblar. O kəndlərdən biri də Şərədil kəndidir. Kəndlilərin dediyinə görə, kəndin yaxınlığındakı dağda türk əsgərləriylə erməni əsgərləri vuruşublar. Şamaxıdakı 13 məscid də ermənil vəhşiliyindən yan keçməyib.

İmamzadə məscidində yaşananlarsa insanı dəhşətə salır. Azərbaycanlılar Şamaxıda olan İmamzadə məscidə ermənilərin toxunmayacağını düşünüblər. Ancaq heç də gözlədikləri kimi olmayıb və minlərlə azərbaycanlı İmamzadə məscidində diri-diri yandırılıb.

Üzərindən bir əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq, azərbaycanlılar kütləvi qırğın qurbanlarını unutmur. Onları rəhmətlə xatırlayır.

Vətəndaş Cəmiyyət Təşkilatlarının inkişafında Kömək Dərnəyi jurnalistləri Şamaxı bölgəsinə aparıb.

Jurnalistlər 1918-ci ildə qırğın edilən bölgələri ziyarət ediblər, kütləvi məzarların və soyqırım abidəsinin önünə çiçək qoyublar.
Eyni zamanda qırğından bəhs edən 1905.az saytı da təqdim edilib. İnternet saytı ermənilərin etdiyi qırğınları müxtəlif dillərdə oxuculara çatdırır."

Xatırladaq ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər./ANSPress/



Teqlər:





Xəbər lenti