İtmiş təyyarənin axtarışları davam edir

İtmiş təyyarənin axtarışları davam edir
  30 Mart 2014    Oxunub:1123
Martın 29-da Çin ordusunun təyyarəsi Malayziyanın 23 gün əvvəl itmiş “Boinq” avialaynerinin Hind okeanındakı axtarış zonasında ağ, qırmızı və narıncı obyektlər aşkar edib. Həmin ərazidə axtarışlara Çinin iki gəmisi cəlb olunub.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, bu ərəfədə Malayziyanın nəqliyyat naziri yeni məlumatlar əsasında axtarış zonasında korrektələr olunduğunu bildirib. “Axtarış işlərinin çətinliyinə baxmayaraq, həlak olanların yaxınları ümidlərini üzməyib və hakimiyyət orqanları, əgər sağ qalanlar varsa, onların tapılması üçün mümkün olan hər şeyi edir. Onun özü də buna ümid bəsləyir və bunun üçün dua edir”- deyə Hisamuddin Hüseyn bəyan edib.

İtmiş təyyarədəki sərnişinlərin Çindəki yaxınları nəqliyyat nazirinin bu bəyanatına dərhal reaksiya verib. “Ümid var,- deyə sərnişinlərdən birinin atası qeyd edib. Axı malayziyalı nazir demədi ki, sərnişinlərin hamısı həlak olub”.

Şənbə günü Pekində növbəti etiraz aksiyası keçirilib. Sərnişinlərin qohumları Malayziyanın hakimiyyət orqanlarını qeyri-effektiv fəaliyyət göstərməkdə təqsirləndirərək, dəlil-sübut tələb ediblər.


Teqlər:  





Xəbər lenti