Məhkuma narkotik maddə ötürmək üçün `yeni üsul`

Məhkuma narkotik maddə ötürmək üçün `yeni üsul`
  31 Mart 2014    Oxunub:1535
İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Əfqan Güloğlan oğlu Atakişiyevə tanışı Şaiq Faiq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı dezodorant qabının içərisində 2 ədəd sellofana bükülmüş, xalis çəkisi 4,569 qram olan narkotik maddə - tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti