Prokurorluq əməkdaşları Xorvatiyada
Böyük Britaniya və Niderland Krallığı, Rusiya, Avstriya, Finlandiya, İsveç, İsveçrə, Macarıstan, Xorvatiya, Sloveniya və digər dövlətlərin prokurorluq orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Sahib İsmayılov və Preventiv tədbirlər və təhqiqat şöbəsinin prokuroru Heydər Məmmədov təmsil ediblər.
Konfransın açılışında Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş, Xorvatiya Respublikasının Baş prokuroru Mladen Bayiç və Ədliyyə Naziri Orsat Milyeniç çıxış ediblər.
Tədbirdə hüquqi əməkdaşlığın inkişaf perspektivləri, prokurorlar üçün qlobal elektron şəbəkənin təkmilləşdirilməsi, hüquqi yardımlar üzrə sorğuların icrası ilə bağlı yaranan problemlər və onların həlli yolları kimi aktual mövzularda məruzələr edilib, qabaqcıl dövlətlərin təcrübəsi müzakirə olunub.
Azərbaaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə dair təkliflərini irəli sürüb, eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək səmərəli təcrübə mübadiləsi aparıblar.
AzVision.az
Teqlər: