Azərbaycanda yeni gözəllik müsabiqəsi başlayır

Azərbaycanda yeni gözəllik müsabiqəsi başlayır
  13 May 2014    Oxunub:3159
İyunun 21-də Bakıda, Crystal Hall-da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib. May ayının 16,17, və 18-i “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranında sənədlərin qəbulu aparılacaq.
Dünyaca məşhur müsabiqənin 89-cu Finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranındakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq gərəkdir. Ətraflı məlumat üçün : (012 ) 4804481.

25.05.2014 tarixində isə nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational-Azerbaycan” adına layiq görüləcək iştirakçının adı məlum olacaq.

Qeyd edək ki, “Miss Globe Azerbaijan” Gözəllik Yarışması MERAC” production və SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı, dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları”nın (Khazar İslands) BAŞ SPONSORluğu ilə baş tutacaq.


Teqlər:





Xəbər lenti