Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
  15 May 2014    Oxunub:1313
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Ağcabədi rayonunun bir hissəsinə, saat 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Füzuli rayonunun bir hissəsinə təbii qaz fasilələrlə veriləcək.

Həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və sərfölçən cihazların metroloji göstəricilərinin təftiş olunması ilə əlaqədar saat 11:00-dan 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, "Pirallahı-Qala" qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar isə saat 16:00-dək Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Teqlər:





Xəbər lenti