Bakıda "Mercedes", Sumqayıtda "BMW" yandı

Bakıda "Mercedes", Sumqayıtda "BMW" yandı
  16 May 2014    Oxunub:967
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisə isə Bakı şəhərində baş verib. Belə ki, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti