29 yaşlı oğlanı yük maşını öldürdü

29 yaşlı oğlanı yük maşını öldürdü
  17 May 2014    Oxunub:834
Sumqayıt şəhərində 29 yaşlı oğlan faciəli şəkildə ölüb.

AzVision.az FHNin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1985-ci il təvəllüdlü Natiq Camal oğlu Əkbərov “JAC” markalı yük avtomobili ilə dəmir qapı arasında sıxılmış vəziyyətdə qalaraq ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil verib.


Teqlər:





Xəbər lenti