Ailəsi İmran Cəfərzadə üçün 4 milyon pul istəyir

Ailəsi İmran Cəfərzadə üçün 4 milyon pul istəyir
  17 May 2014    Oxunub:1184
Xaçmazda “Nabran Village Holiday” istirahət mərkəzində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsi ilə nəticələnən hadisəyə görə ötən gün məhkəmə prosesi keçirilib.
Xaçmaz rayon məhkəməsinin hakimi Anar İbrahimovun Anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, məhkəmədə İ.Cəfərzadənin xəsarət almasında təqsirli bilinən istirahət mərkəzinin işçiləri Ramiz Əhmədov və Firdovsi İsmayılov dindirilib.

Daha sonra zərərçəkən İ.Cəfərzadənin nümayəndəsi onun atası İbrahim Cəfərov və qanuni nümayəndəsi, babası Cavanşir Baxşıyev mülki iddia qaldırıb. Onlar məhkəmədə hakimdən İ.Cəfərzadəyə və onun ailəsinə dəyən maddi-mənəvi zərərə görə, 3 milyon 500 min dəyərində təzminat ödənilməsi barədə qərar çıxarmağı xahiş edib.

Hakim isə məhkəməni iyunun 3-dək təxirə salıb.


Teqlər:





Xəbər lenti