Paytaxtda 46 dərəcə isti... - FOTO

Paytaxtda 46 dərəcə isti... -  FOTO
  17 May 2014    Oxunub:900
Avtobus dayanacaqlarındakı elektron tabloda bu gün havanın hərarəti 43-46 dərəcə göstərib
Paytaxtda 46 dərəcə istilik qeydə alınıb.

AzVision.az-ın məlumatına görə, bu göstərici paytaxtın avtobus dayanacaqlarında yerləşdirilən bəzi elektron tablolarda əks edilib. Maraqlısı odur ki, şəhərin ayrı-ayrı yerlərindəki tablolarda havanın hərarəti fərqli göstərilir.

Gün altında havanın temperaturunun göstəricisi 43, kölgədə isə 30-36 dərəcə göstərib.

Daha çox gün düşən avtodayanacaqlarda isə hərarət 46 dərəcəyə kimi yüksəlib.

Qeyd edək ki, son günlər paytaxtda anomal istilər müşahidə olunur (ANS-Press).


Teqlər:  





Xəbər lenti