Türk vətəndaşı Bakıda ölü tapıldı

Türk vətəndaşı Bakıda ölü tapıldı
  18 May 2014    Oxunub:1127
Bakıda mənzildə meyit aşkarlanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyininsaytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə Türkiyə vətəndaşı olan kişinin Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbədəki mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən 1967-ci il təvəllüdlü Ahmed Eser oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Eser oğlunun vəfat etdiyi müəyyən olunub. Onun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti