`Narkotiklərə yox deyək!` - FOTOLAR

`Narkotiklərə yox deyək!` - FOTOLAR
  14 May 2014    Oxunub:1649
AzVision.az xəbər verir ki, mayın 11-də “İnsan Hüquqlarının Qorunmasına Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Narkotiklərə Yox Deyək!” mövzusunda rəsm sərgisi keçirilib.
Tədbirin əsas məqsədi cəmiyyətdə zərərli vərdişlərin, xüsusilə narkotiklərə meylin qarşısını almaqdır.

Müsabiqəyə Bakı və Azərbaycanın müxtəlif regionlarından 14-29 yaş arası gənclər qatılıb.

Ümumilikdə 33 rəsm əsəri sərgiyə çıxarılıb. Sərgi çərçivəsində keçirilən müsabiqədə ən yaxşı rəsm əsəri səsvermə yolu ilə seçilib. Qaliblərə qiymətli hədiyyələr verilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti