Heydər Əlyevin iqtisadi uğur və zəfərlərə aparan siyasəti

   Heydər Əlyevin iqtisadi uğur və zəfərlərə aparan siyasəti
  26 May 2023    Oxunub:1877
Güclü dövlətin təməlində güclü iqtisadiyyat dayanır. Lakin 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda acınacaqlı sosial-iqtisadi vəziyyət mövcud idi. Milli valyutanın dəyərsizləşməsi, əhalinin alcılıq qabiliyyətinin aşağı düşməsi, işsizliyin artması, ÜDM-in azalması iqtisadi tənəzzülün daha dərinləşməsinə səbəb olurdu. Artıq 1992-ci ildə Azərbaycanda inflyasiya 912,3 faizə yüksəlmişdi. Belə bir vəziyyətdən ölkə və xalqı yalnız Ümumilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti çıxarda bilərdi.
1992-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda hər sahədə taleyüklü dəyişiklərin əsası qoyuldu. Tənəzzülə uğrayan iqtisadiyyatın yüksəlişini təmin etmək üçün təcili tədbirlər görüldü. Ölkədə bazar iqtisadiyyatının formalaşdırmaq üçün qısa müddətdə qanunvericilik bazası formalaşdırıldı, 30-a yaxın dövlət proqramları qəbul edildi, islahatlar aparıldı və mülkiyyət münasibətlərində köklü dəyişiklər edildi.

Məhz Ulu öndərin qətiyyəti, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft onun əsl sahibinə - Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.
Müəllifi Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyev olan milli neft strategiyasının həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəri ilə imzalanan "Əsrin müqaviləsi" ilə başlanıldı. Bu müqavilə ilə Azərbaycanda siyasi sabitliyin yaradılmasının və enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. "Əsrin müqaviləsi" yüksək iradənin və qətiyyətin təntənəsi idi.


Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair müqavilələrin imzalanması ilə ixrac marşurutlarının diverfikasiyasına nail olundu. Həmçinin Ulu öndərin təşəbbüsü ilə Azərbaycan qazının qərb bazarına çıxarılması üçün Bakı-Tblisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Neft strategiyası sahəsində atılan növbəti addım 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması oldu. Fondun məqsədi neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması ilə yanaşı, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi idi. Ümummilli liderin qeyd etdiyi kimi, “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”.

Bütün bu tədbirlər nəticəsində qısa müddətdə Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu, davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin rifah halının yaxşılaşdırıması istiqamətində ciddi nailiyyətlər əldə edildi. Ən böyük nailiyyət isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modelinin yaranması idi.

1995-ci ildən başlayaraq Azərbaycanda torpaq islahatları həyata keçirilməyə başlandı. Ulu öndərin təşəbbüsü ilə sovxoz və kolxozlara məxsus torpaqlar, mal-qara kəndlilələrə paylandı. Kəndlilər torpağın əsas sahibinə çevrildi, yeni fermer təsərrüfatları yaradıldı. Beləliklə, Ulu öndərin torpaq siyasəti kənd təsərrüfatını 1990-ci ildəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.
Bu gün aqrar sahədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100 faizə çatıb. Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehlakçılarının əvvəlki borcları silindi. Sahibkarlar torpaq vergisi istisna olmaqla, digər vergi ödəmələrindən azad edildi. Heydər Əliyev tərəfindən qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlarla Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələnin əsası qoyuldu, kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi.

Müasir Azərbaycanın qurucusu infrastrukturun inkişaf etdirilməsi istiqamətində də ciddi işlərə imza atıb. Onun nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların inkişafı, milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRAKECA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGATE Proqramının həyata keçirilməsinə başlanıldı. Beləliklə, Azərbaycan Cənubi Qafqazın lokomotiv ölkəsinə, Xəzər regionunda əsas multimodel nəqliyyat qovşağına çevrildi.
Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dəyişiklər təkcə bazar münasibətlərinin dərinləşməsində deyil, həm də işgüzar mühitin aktivləşməsi, sahibkarların sayının artmasında da müşahidə edilirdi.

İqtisadi islahatların müsbət nəticələrini 1995-2003-cü illərdəki rəqələrdə də müşahidə etmək olar. Həmin illərdə ÜDM 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 39 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 dəfə endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində investisiya qoyuluşu təmin edildi.
“Azərbaycanda iqtisadi islahatlar ideologiyaya əsasən deyil, real həqiqətlərə uyğun aparılacaqdır”. Ötən dövrdə Heydər Əliyevin iqtisadi inkişafla bağlı apardığı bütün tədbirlərdə bu ana xətt qorunurdu.

Heydər Əliyevin Azərbaycanın inkişafına və modernləşməsinə hədəflənmiş strategiyası layiqi davamçı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmn olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına çevrilb.

Przident tərəfindən həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar nəticəsində Azərbaycanın qlobal reytinq göstəriciləri əhəmiyyətli yüksəlib, Dünya İqtisadi Formunun və digər nüfuzlu təşkilatların hesabatlarında mövqeyi yaxşılaşıb.
Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən böyük zfərlə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə başlanıldı. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin strateji valyuta ehtiyatları 2003-cildəki 1,3 milyard dollarından 2022-ci ildə 57 milyard dollara çatmaqla 42 dəfəyə yaxın artıb. Bu il müstəqillik tariximizin 33,4 milyard manata yaxın xərcləri olan ən böyük dövlət büdcəsi sənədi qəbul olunub.

Beləliklə, bu gün əldə edilən yüksəl sosial-iqtisadi uğurlar Ulu öndərin əsəsını qoyduğu möhkəm təməl üzərində inkişaf edir. Siyasi xətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə çevrilib.

Aytən Bağırova
İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti