Ərlə arvadı öldürən şəxsin işi məhkəməyə göndərildi

   Ərlə arvadı öldürən şəxsin işi məhkəməyə göndərildi
  09 Avqust 2023    Oxunub:1097
Daşkəsəndə iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, martın 31-i Daşkəsən rayon sakinləri - 1946-cı il təvəllüdlü Pəri Məmmədova və 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovun yaşadıqları evdə öldürülmələri faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1983-cü il təvəllüdlü Şahin Ələsgərovun onunla eyni qəsəbədə yaşayan tanışları Pəri Məmmədova və onun əri Məhərrəm Məmmədovun yaşadıqları evə gəlib onlara küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şahin Ələsgərova Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi quldurluqla əlaqədar öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti