Ermənistan və Azərbaycan razılığa gəldi: Nazirlər sülh müqaviləsi ilə bağlı görüşəcəklər

   Ermənistan və Azərbaycan razılığa gəldi:    Nazirlər sülh müqaviləsi ilə bağlı görüşəcəklər
  18 Fevral 2024    Oxunub:1036
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində danışıqların təşkili barədə razılıq əldə olunub.
Əsas müzakirə mövzusu sülh müqaviləsinin razılaşdırılması, həmçinin Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası məsələləri olacaq.

“Biz prezident İlham Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək”,-Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.

Ermənistanın baş nazirinin sözlərinə görə, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətninin sonrakı müzakirəsi və razılaşdırılmasına aid olacaq.

Ermənistanın baş nazirinin sözlərinə görə, xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətninin sonrakı müzakirəsi və razılaşdırılmasına aid olacaq.

“Sazişin bir sıra maddələri razılaşdırılıb, prinsipial əhəmiyyət kəsb edən bir sıra maddələr hələ də razılaşdırılmayıb. Və bu istiqamətdə işlər görülməlidir. Və biz razılaşdıq ki, bu işi həyata keçirəcəyik”,- o əlavə edib.

İlin əvvəlindən bəri ilk dəfə Nikol Paşinyan və İlham Əliyev fevralın 17-də Münhendə görüşüblər. Görüşdə Almaniya kansleri Olaf Şolz da iştirak edib. Danışıqlardan sonra İlham Əliyev Ermənistanla sazişin ən qısa zamanda bağlanacağına ümid etdiyini bildirib. O, sülh müqaviləsinin Azərbaycanın milli maraqlarına cavab verdiyini vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti