Azyaşlını vəhşicəsinə döyən ata ilə bağlı DİN-dən açıqlama

   Azyaşlını vəhşicəsinə döyən ata ilə bağlı DİN-dən açıqlama
  20 Fevral 2024    Oxunub:968
Sosial şəbəkələrdə Xəzər rayonunun Türkan kənd sakini 1983 təvəllüdlü Elnur Əltəmas oğlunun azyaşlı qızını vəhşicəsinə döyməsi ilə bağlı video yayılıb.
Görüntülərdən aydın olur ki, ata azyaşlıya işgəncə verərərk onu hansısa hərəkətinə görə cəzalandırır. Videonu çəkən şəxsin övladlarından öncə döyülən anası olduğu bildirilir.

Məsələ ilə bağlı AzVision.az -a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, görüntülərdən məlumatlıdırlar, nəzarətə götürülüb.

"Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti