Putin: "Güclü ideyalara hər zaman ehtiyac var"

   Putin:    "Güclü ideyalara hər zaman ehtiyac var"
  20 Fevral 2024    Oxunub:563
Rusiya xüsusi dövrünü yaşayır, bunun yeniliyi ölkəni fərqli inkişaf səviyyəsinə çatdırmaqdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin (STA) “Yeni zaman üçün güclü ideyalar” forumunda çıxışı zamanı bildirib.

“Güclü ideyalara hər zaman ehtiyac var, çünki həmişə inkişafla bağlı məsələlər var. Amma bu gün yeni dövr üçün güclü ideyalar lap yerinə düşür! Bu yenilik ondan ibarətdir ki, biz qarşımızda duran məsələri həll etməklə ölkənin yeni, tamam başqa inkişaf səviyyəsinə çatırıq”, - o deyib.
AzVision.az



Teqlər:





Xəbər lenti