Kamil Zeynallı Moskvada saxlanıldı: Ermənistana təhvil verilir - VİDEO

   Kamil Zeynallı Moskvada saxlanıldı:    Ermənistana təhvil verilir - VİDEO
  21 Fevral 2024    Oxunub:1356
Tanınmış fitnes məşqçisi, idmançı Kamil Zeynallı Moskvadan Bakıya gələrkən Rusiyada "Domodedovo" hava limanında saxlanılıb.
AzVision.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib.

Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib.

Dövlət orqanlarına yardım üçün müraciət edən idmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.

Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) hakim qarşısına çıxarılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti