İnternat məktəbində iki yeniyetmə təhsildən uzaqlaşdırılıb? - BŞTİ-dən açıqlama

   İnternat məktəbində iki yeniyetmə təhsildən uzaqlaşdırılıb? -    BŞTİ-dən açıqlama
  21 Fevral 2024    Oxunub:1271
Maştağada 1 saylı internat tipli tam orta məktəbdə iki yeniyetmənin təhsildən uzaqlaşdırılmasımilə bağlı iddialara Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aydınlıq gətirilib.
Qurumdan AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin iki şagirdinin təhsildən kənarlaşdırılması ilə bağlı araşdırma aparılıb.

"Araşdırma zamanı iki şagirdin təhsildən uzaqlaşdırılması ilə bağlı məsələ toplanmış sənədlərlə təkzib edilib. Məlum olub ki, hər iki şagird hazırda həmin məktəbin şagird kontingenti siyahısındadır.

Sözügedən şagirdlərin dərslərdə mütəmadi qaydada iştirak etməsinə nəzarətlə bağlı direktora müvafiq tapşırıqlar verilib", deyə məlumatda vurğulanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti