Belçikalıların Kralı İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Belçikalıların Kralı İlham Əliyevə təbrik məktubu ünvanlayıb
  21 Fevral 2024    Oxunub:844
Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir".

AzVision.az


Teqlər:





Xəbər lenti