"Zaqatalada qəzada yaralanan məktəbli evə buraxılıb" - KTM

   "Zaqatalada qəzada yaralanan məktəbli evə buraxılıb" -    KTM
  23 Fevral 2024    Oxunub:704
fevralın 8-də Zaqatala rayonun Göyəm kəndində avtomobilin vurması nəticəsində yaralanan məktəbli İbrahim İbrahimzadə evə buraxılıb.
"Oğlumun yaddaşı itib, heç nəyi xatırlamır" - Zaqataladakı qəzada sağ qalan İbrahimin anası
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, Zaqataladan Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadə əvvəl Reanimasiya şöbəsində müalicə alıb:

"Daha sonra palataya köçürülüb. Mərkəzdə stasionar müalicəsi yekunlaşdıqdan sonra yaxşılaşma ilə evə buraxılıb".

Qeyd edək ki, fevralın 8-i rayonun Zaqatala rayonunun Göyəm kəndində İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Zaqatala   Qəza   Şagird  





Xəbər lenti