Bəzi uşaqlara pulsuz dərslik verilməsi təklif edilib

   Bəzi uşaqlara pulsuz dərslik verilməsi təklif edilib
  29 Fevral 2024    Oxunub:447
Xüsusi internat məktəblərində ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlər müvafiq dərs vəsaitləri ilə təmin edilmir.
AzVision.az -ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə sağlamlıq imkanları məhdud şəxslərin təhsili üzrə dövlət proqramının, dərslik və dərs vəsaitlərinin hazırlanması və sağlamlıq imkanları məhdud şəxslərin həmin vəsaitlərlə təmin olunmasının sürətləndirilməsi təklif edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti