Azad olunmuş rayonlara qayıdanların mənzilləri yataqxanalardakı köçkünlərə verilsin - TƏKLİF

  Azad olunmuş rayonlara qayıdanların mənzilləri yataqxanalardakı köçkünlərə verilsin -    TƏKLİF
  29 Fevral 2024    Oxunub:616
Azad olunmuş rayonlara qayıdanların mənzillərinin hələ də yataqxanalarda çətin şəraitdə yaşayan köçkünlərə verilməsi təklif olunur.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.

Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti