Bakıda 10 yeni metro stansiya tikiləcək

   Bakıda 10 yeni metro stansiya tikiləcək
  29 Fevral 2024    Oxunub:903
"Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərəfdən təsdiq edilib”.
AzVision.az xəbər verir ki, bunu Bakı metropolitenində keçirilən “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransda çıxışı zamanı Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.

R.Əlixanov qeyd edib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.

"2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat ayrılıb", - deyə R.Əlixanov əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti